Təhlükəsizlik üzrə mütəxəssislər smartfon sahiblərini proqram təminatını yeniləyərkən ehtiyatlı olmağa səsləyiblər. Bu yenilənmədən sonra hakerlər istifadəçiləri aldatmaq üçün bir neçə saxta təkliflər göndərirlər.
Lunar.az ted.az-a istinadən bildirir ki, hakerlər istifadəçilərə tətbiqlərini test üçün istifadə etməyi təklif edirlər.
Bunu qəbul edənlərin smartfonunda zərərli proqramlar göndərilir. Əsas hücum hədəfləri Xiaomi-nin beta versiyada 12 nömrə altında təqdim etdiyi MIUI əməliyyat sisteminin istifadəçiləridir.
Xiaomi şirkətinin nümayəndələri istifadəçiləri bu kimi dəvətlərə əhəmiyyət verməməyə çağırır: "Yalnız rəsmi mənbəyi olan, rəsmi internet resurslarına güvənin".