Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Telefon enerji yığır, amma dolmursa, nə etməli?

Telefon enerji yığır, amma dolmursa, nə etməli?

Mobil telefonun enerji yığsa da, dolmaması problemi ilə çox insan rastlaşır. Bunun səbəbi bəzən istifadə qaydalarındakı yanlışlıq, bəzən isə proqram təminati ilə bağlı olur.

Lunar.az ted.az-a istinadən problemin həll yollarını təqdim edir:

Telefon bu problemlə üzləşibsə, ata biləcəyiniz ilk addım batareyanı dəyişməkdir. Amma bundan öncə aşağıdakıları edin:

-Telefonun adapterini yoxlayın;

- Sistemi yeniləyin;

-Telefonu söndürərək enerji yığmasını təmin edin;

- Telefon boş görünsə də, batareyanın düzgün işlədiyini yoxlayın.

Telefon bu problemlə üzləşibsə, bəzən səbəb çox sadə ola bilər. Buna görə də öncə elektrik yuvasının işlək vəziyyətdə olduğunu yoxlamaqda fayda var. Bu ən çox rast gəlinən səbəblər sırasındadır. Bunun üçün telefon adapterini başqa bir elektrik yuvası vasitəsilə cərəyana qoşmaq, yoxlamaq lazımdır.

Bununla yanaşı, əksər telefonlar enerji keyfiyyətinin nə vəziyyətdə olduğunu göstərir. Bunun üçün cihazdakı "ayarlar", " enerji sağlığı", "enerji" bölmələrini yoxlamaq kifayətdir. Bununla telefonunuzun hansı enerji keyfiyyətində olduğunu, təmirə ehtiyacı olub-olmadığını yoxlaya bilərsiz.

Bundan əlavə, telefonunuzu başqa bir adapter vasitəsilə cərəyana qoşaraq problemin nədə olduğunu yoxlaya bilərsiniz.

Bəzən USB naqildəki metal birləşdiricilər də bu problemin səbəbi ola bilir. Bu zaman telefonun batareyasını çıxarıb yenidən taxmaq lazımdır. Daha sonra telefonu yenidən cərəyana qoşaraq yoxlamaq olar.

Bəzən telefon sisteminin yenilənməsi enerji problemlərinə yol açır. Bu zaman telefonu yenilənmədən öncəki sistemə qaytarmaqda fayda var. Bu problemə adətən köhnə model telefonlarda rast gəlinir.

Bəzən telefonu oyun oynayaraq cərəyana qoşuruq. Bu zaman telefon aldığı enerjini də oyuna sərf edir. Buna görə də onu cərəyana sönük halda qoşmaqda fayda var. Bu üsul mobil cihazın enerji yığma müddətini sürətləndirir.

Nəhayət, ən sonuncu həll yolu isə batareyanı dəyişməkdir. Digər həlləri yoxladıqdan sonra problem davam edirsə, batareyanı dəyişmək lazımdır. Bu zaman büdcənizə uyğun telefon almaq və ya batareyanı dəyişməkdən başqa yol qalmır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ