Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Apple məşhur cihazını yanlışlıqla yayımladı

Apple məşhur cihazını yanlışlıqla yayımladı

Apple keçənilki hesabatında Apple Air Tags adlı cihaz istehsal edəcəyini açıqlamışdı. Şirkət istehlakçıların səbirsizliklə gözlədiyi cihazı yanlışlıqla yayımlayıb.

Lunar.az ted.az-a istinadən bildirir ki, Apple Air Tags istifadəçilərə əşyalarını itirməməyə, onları asanlıqla tapmağa kömək edəcək. İstifadəçi özəl əşyasına yerləşdirdiyi bu cihaz sayəsində onun olduğu məkanı təqib edəcək. Amma cihazın davamlı internet və ya GPS əlaqəsi olmayacaq.

Apple yeni cihazla bağlı rəsmi portalına yerləşdirdiyi videonu sonradan silsə də, bu, izləyicilərin gözlərindən qaçmayıb.

Apple bu yeni texnologiyanı nə vaxt satışa çıxaracağını hələ açıqlamayıb. Amma əksəriyyət onun iPhone 9 ilə eyni vaxtda təqdim ediləcəyini düşünür.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ