Yanvar ayının 7-dən başlayıb 10-a qədər davam edəcək "CES 2020" beynəlxalq sərgisində "ağıllı" ev, süni intellekt, 5G, qatlama maşınları, nəzarət texnologiyası, robototexnika ilə bağlı minlərlə yeni məhsul təqdim edilir. Sərgi iştirakçılarının böyük marağına səbəb olan qurğular arasında dairəvi formada hazırlanmış yeni mobil telefon daha çox diqqət çəkib.
Lunar.az techland.az-a istinadən bildirir ki, smartfon istehsalçıları simsiz qulaqlıqlardan istifadəni təbliğ etməyə çalışsalar da, bu Amerikan startapı daha "həssas" və iki qulaqlıq yuvasına sahib forma yarada bilib.
"Cyrcle Phone" adlı mobil cihaz yuvarlaq formada olmaqla iki qulaqlıq yuvasına malikdir.
Layihənin hazırlıq prosesinə 2015-ci ildə başlanılıb. İstehsalçılar dairəvi telefonu təxminən bir il sonra kütləvi satışa çıxarmağı planlaşdırırlar.
Qeyd edək ki, cihaz bu il "CES 2020" sərgisində nümayiş olunan ən qəribə məhsullardan biri hesab edilir.