Hindistanın "Ringing Bells" şirkəti dünyanın ən ucuz smartfonunu hazırlayıb.
251 rupiyə satılan yeni "Freedom 251" adlı smartfon 4 dollara təqdim edilib.
"Freedom 251" 4 düymlü displeyə, 1.3 GHz tezlikli 4 nüvəli prosessora, 1 GB operativ yaddaşa və 1450 mAs gücündə batareyaya malikdir.
Smartfonun arxa kamerası 3.2, ön kamerası isə 0.3 meqapikseldir. Qacet Android Lollipop 5.1. əməliyyat sistemində çalışır.
Telefonun Hindistanda satışına fevralın 18-dən başlanacaq.
Qeyd edək ki, bu telefon dünyada ən ucuz smartfon hesab olunur.