Apple məhsulları məşhurlaşdıqca, onların saxta versiyaları da artmağa başlayır. Əsasən də Çində istehsal edilmiş smartfonlar istifadəçiləri çaşdıracaq dərəcədə professional hazırlanırlar. Əgər bir neçə il öncə saxta telefonları korpusdakı xarakterik çat və ya keyfiyyətsiz displey fotosuyla tanımaq mümkün idisə, indi artıq saxtakarlar daha oxşar nüsxələr istehsal edərək, istifadəçiləri yanıltmağa nail olurlar. Bəs bu tələlərə düşməmək üçün nə etmək və nələri bilmək lazımdır?
İlkin olaraq, ən yaxşı yol iPhone’u rəsmi dilerdən almaq və ya Apple’in rəsmi vebsaytından sifariş etməkdir. Lakin yaşadığınız ölkədən və şərtlərdən asılı olaraq, bu variant sizə uyğun deyilsə, brend üçün xarakterik olan əsas əlamətləri bilməyiniz kifayət edəcək ki, saxta telefonu orijinaldan ayıra biləsiniz.
Beləliklə,lunar.az aldığınız Apple markalı smartfon və ya planşetin orijinal və ya saxta olduğunu müəyyənləşdirmək üçün yoxlamalı olduğunuz şeyləri sizə təqdim edir.
Seriya nömrəsini yoxlayırıqiPhone almağa getdiyinizdə, yanınızda internetə çıxışı olan telefon və ya planşet götürməyi heç vaxt unutmayın. Bu aldığınız cihazın orijinal olduğunu dəqiqləşdirmək üçün olduqca vacibdir.
Nə etmək lazımdır? iPhone ayarlarına daxil olun, Settings-General-About keçidləriylə, Serial Number bölməsini seçin. Özünüzlə gətirdiyiniz cihazdan bu keçidə daxil olun. Bu keçid sizi Apple şirkətinin rəsmi vebsaytında seriya nömrələrinin yoxlanılması üçün nəzərdə tutulan bölməyə çıxaracaq. Cihazın seriya nömrəsini qeyd etməyinizi tələb edən pəncərədə almağı düşündüyünüz cihazın seriya nömrəsini qeyd edin və davam etmək düyməsinə basın. Əgər iPhone Çin istehsalı deyilsə, siz onun modeli və haqqında olan digər məlumatları ekranda görəcəksiniz. Yox əgər telefonunuz Çin istehsalı saxta smartfondursa, ekranda bu yazılar peyda olacaq: “Təəssüf ki, bu seriya nömrəsi düzgün deyil. Məlumatlarınızı yenidən yoxlayın və bir daha cəhd edin.” Bu halda, həmin telefonu almamağınız məsləhətdir, çünki açıq-aydın saxta olduğu aşkarlanmışdır. Lakin, seriya nömrəsini yazarkən də ehtiyatlı olmağı unutmayın. Çünki bir rəqəm səhv yazmaqla, siz qarşınızdakı satıcı haqqında gərəksiz pis düşüncəyə qapılmış ola bilərsiniz.
iPhone’da IOS əməliyyat sistemi quraşdırılmış olmalıdır
Ən əsası vizual olaraq müqayisə etməməkdir. Çünki çinli işbilənlər iOS sisteminin də demək olar ki, eynisinin nüsxəsini çıxarmağa nail olublar. Buna görə də iPhone almamışdan əvvəl bunları etmək lazımdır: Settings-General-About keçidi vasitəsilə, seriya nömrəsi, model və versiya haqqında olan məlumatlara çıxın. Məlumatlar aşağıda göstərilən şəkildə olduğu kimi olmalıdır. Amma yenə də ehtiyatlı olmağı unutmayın. Çünki işbilənlər artıq bunun da eynisini yaratmağın yollarını tapıb.
Gözlərimizi böyük açırıq
Yuxarıdakı punktlarda biz iPhone’un ən professional hazırlanmış nüsxələrindən danışdıq. Lakin tez-tez də çox keyfiyyətsiz nüsxələrə rast gəlmək olur ki, bir az diqqət yetirməklə siz saxta məhsulu dərhal tanıya bilərsiniz. Beləliklə, növbəti şeylərə diqqət etməlisiniz:
Heç bir heroqlif, sözlərin yazılışında səhv və ya digər bu kimi kalliqrafiya səhvləri sistemdə olmamalıdır.
Cihazın arxa hissəsində iPhone, Designed by Apple in California, Assembled in China yazıları yazılmalı, modelin nömrəsi və sertifikasiya işarələri göstərilməlidir.
iPhone telefonlarının antennası heç vaxt olmur.
iPhone telefonlarının iki simkartı olmur, quraşdırılmış yaddaş kartı istifadə edilmir.
Vintlər açılmadıqca, iPhone cihazlarının arxa qapaqlarını çıxarmaq mümkün deyil.
Saxta telefonu müəyyən etmək üçün daha bir asan yol
Çox asan və sürətli üsul – iPhone’u əlinizə götürün və AppStore üçün qoyulmuş standart tətbiqə daxil olun. Hər bir, hətta ən yaxşı hazırlanmış saxta Çin telefonu da sizi Google Play’ə yönləndirəcək. Bu isə Android platformalı cihazlar üçün online xidmətdir.