Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"YouTube" artıq yeni GÖRNÜŞDƏ

"YouTube" artıq yeni GÖRNÜŞDƏ

"YouTube" videohostinqinin interfeysi dəyişdirilib.

Lunar.az xəbər verir ki, "Google" şirkəti "YouTube" videohostinqinə tünd dizayn və şaquli video dəstəyi əlavə edib. Həmçinin videohostinqin loqotipi dəyişdirilib. Loqotipdə "Tube" sözü daha əvvəlki kimi qırmızı rənglə fərqləndirilmir. Tədricən saytın kompüter versiyasının rəng sxemində bu rəngdən imtina edilir. Hostinq videonun ikonkaları arasındakı məsafəni artırıb. Yeni dizaynda "gecə rejimi" istifadəyə verilib. Bu rejim aktivləşdirildikdə saytın rəng sxemi tünd rəngə keçir.

"YouTube" videohostinqində çarxın göstərilmə sürətini seçmək mümkün olacaq. Saytın mobil versiyasında ekranın sağ və ya sol hissəsinə iki dəfə toxunuş etməklə videonu 10 dəqiqə irəli və ya geri çəkmək olar. Mobil versiyada "kitabxana" və "hesab" bölmələri yaradılıb. Reklam bannerləri ağ rəngdə göstərilir. Hostinqin veb-versiyası maydan etibarən sınaqdan keçirilirdi. İndi hər kəs üçün əlçatandır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ