Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"YouTube" internetsiz işləyəcək

"YouTube" internetsiz işləyəcək

"YouTube" internetsiz işləyəcək


İnternetsiz internet dövrü başlayır

Artıq "YouTube"yə internetsiz belə girmək mümkün olacaq. "Google" WiFi bağlantı keyfiyyəti aşağı olan ərazilər üçün "YouTube Go" tədbiqini hazırlayıb. Bu sayədə artıq internetin kəsilməsindən narahat olmadan videoları izləmək mümkün olacaq.

Tədbiq ilk dəfə 2016-cı ilin ikinci yarısında Delhidə keçirilən "Google"nin tədbirində təqdim edilib və bir il ərzində istifadəyə hazır olacağını açıqlanmışdı.

Yenilik sayəsində istifadəçilər istəsə videoları birbaşa, istəsə də yükləyərək daha sonra izləyə bilərlər. Yükləmə qərarı veriləndə proqram istifadəçiyə nə qədər yaddaş olduğunu, videonun keyfiyyəti, nə qədər yer tutduğunu və nə qədər zamana yüklənəcəyi barədə məlumat verir.

"YouTube Go" sayəsində yüklənən videoları "Bluetooth"la paylaşmaq da mümkündür. Proqram xüsusi ilə limitli və paket internetlərdən istifadə edənlər üçün sərfəlidir.

Hələlik Hindistanın "Google Play Store"da olan "YouTube Go" test mərhələsindədir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ