"Android” telefonlarda sizə zəng edib və ya sms yarazaraq narahat edən şəxsi necə əngəlləmək olar?
“Android” telefonunuzda istəmədiyiniz zəng və qısa mesajların qarşısını almağın bir sıra yolları var:
“Block contack”
Telefonunuzdakı axrıncı zənglər siyahısında əngəlləmək istədiyiniz nömrenin üzərini toxunub, barmağınızı üzərində saxlayın. Açılan kiçik səhifədə “Əngəllə” (Block contack) düyməsinə basın.
Son zəng edənlər listəsində olmayan nömrəni əngəlləmək istəyirsinizsə, telefonunuzdakı “Quraşdırmalar” (Settings) bölməsindən “Call barring settings” bölməsinə daxil olmaqla bunu edə bilərsiniz.
Bu prosesi gerçəkləşdirdiyiniz zaman həmin nömrədən sizə gələn zənglər əngəllənəcək, mesajlar isə avtomatik olaraq silinəcək.