"Facebook”un son vaxtlarda təqdim etdiyi yeniliklərin ardı arxası kəsilmir. lunar.az "Technote"yə istianadən bildirir ki, yeni xüsusiyyət iOS və Android üçün eyni vaxtda təqdim edilərkən Facebook Messenger-də video paylaşmaq kimi bir yeniliyə imza atır.
Mesajlaşma tətbiqləri arasında böyük istifadəçi kütləsinə sahib olan
"Facebook"un "Messenger" tətbiqi, rəqibləri ilə arasındakı fərqləri azaltmaq üçün düyməyə basdı. "Facebook" və "Instagram" tətbiqlərində edilən dəyişikliklərdən sonra indi də Messenger üçün canlı video paylaşım dəstəyini istifadəçilərə təqdim edir. Bir çox sosial media platformasında canlı video paylaşım dəstəyi olmasına baxmayaraq "Messenger"də bu funksiyanın olmaması diqqət çəkici idi.
Bir neçə gün əvvəl "Instagram" üçün təqdim edilən yaxınlaşdırma və profil şəkillərini görmək xüsusiyyətlərindən sonra
"Facebook”, "Messenger" üçün
video xüsusiyyətini təqdim etdi. Ancaq iki funksiyanın da diqqət çəkən ortaq tərəfi, son istifadəçi geri bildirişlərində əksik görülən xüsusiyyətlərin yer alması oldu.
"Instagramın" "zoom" funksiyasından sonra, "Messenger üçün video dəstəyi də "Nəhayət ki!” reaksiyasının verilməsinə səbəb oldu!Hər iki tərəfin də "Facebook" "Messenger"in son versiyasına sahib olması halında xidmətdən istifadə mümkündür.