Azərbaycan silahları` rubrikasını davam edir. Bu rubrikada sizi Azərbaycanda istehsal olunan silahlarla tanış edəcəyik.
Rubrikanı 7, 62x54 mm-lik Hücum Pulemyotu Hp-7,62 -nin təqdimatı ilə davam etdiririk. Pulemyotdan atəş ikiayaqdan aparılır. Pulemyot uzunmüddətli fasiləsiz atəşin (500 atəşə qədər) aparılmasını təmin edən qısa lülə ilə dəstləşdirilir. İntensiv atəş aparma zamanı qızan lülədən yaranan isti hava axının nişanalmaya təsirini istisna etmək üçün lülənin üzərində istilik yayıcı bərkidilib. Pulemyotda yüksək möhkəmliyə malik alüminium ərintidən hazırlanmış əl qundağı tətbiq olunub. Əl qundağının aşağı və yan tərəflərində yerləşən NATO-nun MİL 1913 standartına uyğun “Pikatini” tipli yönəldicilərdə müxtəlif taktiki avadanlıq ( döyüş fənarı, əlavə dəstək, lazer hədəfgöstəricisi və ikiayaq) bərkidilə bilər. Qəbuledicinin üst tərəfində yerləşən “Pikatini” tipli universal yönəldici pulemyotun üzərində müxtəlif növ optic, gecə kollimator tipli nişangahların bərkidilməsini təmin edir.
Pulemyotda uzunluğu nizamlanan və yanağın qurulmasına imkan verən plastik qundaq tətbiq olunub. Pulemyotdan atəş aparmaq üçün 7,62x54R mm-lik adi(LPS), izburaxan (T-46M), zirehdələn-yandırıcı (B-32) və yandırıcı –hədəfgöstərici (PZ)gülləli tüfəng patronlarından istifadə olunur.
Pulemyotdan atəş qısa (10 atışa qədər), uzun(30 atışa qədər ) qatarlarla və fasiləsiz atəşlə aparıla bilər. Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100 patron olan patron qutusuna yığılmış metal lent vasitəsi ilə ötürülür.
Xüsusiyyətləri
Nişangah məsafəsi, m 1000 Güllənin başlanğıc sürəti, m,san 820
Lülə kanalında barıt qazlarının maksimal təzyiqinin orta qiyməti , kq// kvadrat sm3100 Çapı, mm 7,62x54
Lülənin uzunluğu, mm 517
Pulemyotun uzunluğu, mm: Qundağı yığılmış vəziyyətdə 980
Qundağı açıq vəziyyətdə 1080
Atış tezliyi, atış/dəqiqədə 650-750
Döyüş atış tezliyi, atış/dəqiqədə250qədər Pulemyotun çəkisi, kq 8,2
7,62 mm-lik HP-7,62 tipli hücum pülemyotu düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub. Pulemyot kəşfiyyat və xüsusi təyinatlı qüvvələrin silahlandırılması üçün nəzərdə tutulmuş qısa məsafəli döyüş şəraitində yüksək effektivliyə malik silah sistemidir.
Digər təqdimatımız 7,62x54 mm-likTank pulemyotudur
7,62x54 mm-likTP-7,62 tipli tank pulemyotu düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.
Elektrik tətiklə dəstləşdirilən pulemyot müxtəlif növ döyüş maşınlrında ( tankda, piyadaların döyüş maşınında, zirehli transporttyorda, özühərəkətedən artileriya qurğularında) quraşdırılır. Pulemyotdan atəş aparmaq üçün 7,62 x54 R mm-lik adi (LPS), izburaxan (T-46M) , irhdələn –yandırıcı (B-32) və yandırıcı –hədəfgöstərici (PZ) gülləli tüfəng patronlarından istifadə olunur.
Nişangah məsafəsi,m - 1500-2200
Güllənin başlanğıc sürəti, m/san -855
Güllənin maksimal uçuş məsafəsi, m 3800
Lülə kanalında barıt qazlarının maksimal təzyiqinin orta qiyməti, kq/kvadrat sm – 3100
Çapı, mm -7, 62x54
Lülənin konusvari alovsöndürənllə uzunluğu, mm722 Pulemyotun uzunluğu, mm 1098
Atış tezliyi, atış /dəqiqədə -700-800
Döyüş atış tezliyi, atış/ dəqiqədə -250 qədər
Pulemyotun çəkisi, kq 10, 5
Patron qutusunun doldurulmuş 250 patronluq lent ilə birlikdə çəkisi, kq -9,4
Üçüncü təqdimatımız 82mm-lik Minaatan 20N5-dir.
82mm-lik Minaatan 20N5 tipli minaatan :
açıq ərazidə, səngərlərdə, yükəskliklərin arxa tərəflərində, çökəkliklərdə, dərələrdə vəs. yerlərdə yerləşən canlı qüvvəni məhv etmək, məftil maneələri dağıtmaq və atəş vasitələrini susdurmaq;
.qoşunları düşmən atəşindən və müşahidəsindən qorumaq üçün tüstü pərdələri yaratmaq, ərazini işıqlandırmaq;
.təşviqat vasitələrini düşmən ərazisinə çatdırmaq üçün nəzərdə tutulur.
Minaatanın döyüş vəziyyətində nisbətən kiçik ölçüləri və minanın atəş zamanı yüksək trayektoriyaya malik olması, minaatanı sığınacaqların arxasında və ərazinin dərin yerlərində yerləşdirməyə imkan veririr. Mina atandan atəş aparmaq üçün 82mm-lik qəlpəli, tüstüburaxan, işıqlandırıcı və təşviqat minalı atəş yığımlarından istifadə olunur. Çox olmayan çəkisi və əsas tərkib hissələrə sökülməsi şəxsi heyət tərəfindən minaatanın daşınmasını sadələşdirir.
Çapı -82mm Qəlpəli mina ilə atış maksimal məsafəsi, m-4000m
Qəlpəli mina ilə atış minimal məsafəsi,m-91m
Minanın maksimal başlanğıc sürəti, m/san-259
Minaatanın döyüş vəziyyətində (optik nişangahsız) çəkisi, kq , -47,5
İkiayağın yerini dəyişməklə borunun şaquli tuşlama bucaqları, dərəcə :45-85
İkiayağın yerini dəyişməklə borunun üfüqi tuşlama bucaqları, dərəcə:-360
Borunun yellənmə həddi, minliklə - 0-18-dən çox olmayaraq