İstər istifadəçilər, istərsə də Samsung və Apple rəsmiləri öz smartfon modelləri arasında müqayisələr aparıb, hər hansı birinin üstünlüyünü sübut etməyi çox sevirlər. Təbii ki, hər şirkətin bizə təqdim etdiyi modellərdə özünəməxsus güclü tərəflər mövcuddur. Lakin, bu gün məhz Samsung Galaxy S7 modelinin iPhone 6 ilə müqayisədə ortaya çıxan üstünlüklərindən danışacağıq.
Apple iPhone sukeçirməzlik barədə heç bir təminat vermir. Galaxy S7 isə tamamilə sukeçirməz özəlliyə sahibdir.
Galaxy S7 turbo özəlliyi sayəsində iPhone 6 ilə müqayisədə daha qısa müddətdə enerji toplamaq gücünə malikdir.
Kabellə enerji toplamaq daha sürətli alınsa da, Samsung S7 həm də kabelsiz enerji yığa bildiyi üçün işimizi rahatlaşdırır.
Rəqəmlər Samsung-un bateraya gücü mövzusunda xeyli öndə olduğunu göstərir: Samsung Galaxy S7: 3,000 mAh, Apple iPhone 6: 1,715 mAh
Galaxy S7 daha sürətli fokuslana bilir və bu da daha sürətli foto çəkmək mənasına gəlir.
Galaxy S7 modelinin qaranlıq məkanlarda daha yaxşı foto çəkdiyini də bilmək lazımdır.
Samsung ekstra yaddaş mövzusunda özünü daha da inkişaf etdirərək 2005 micro sd dəstəyi verir.
Samsung Pay demək olar bütün kartları və ödəmə cihazlarını dəstəkləsə də, iPhone 6 sadəcə yeni cihazlarda işləyir.
Saat, ayın tarixi kimi məlumatlar Samsung’da ekrana çıxır, iPhone’da isə ən az bir dəfə ekrana basmaq lazımdır. Bunların hansının daha yaxşı olduğunu müəyyənləşdirmək isə istifadəçidən asılıdır.