"ByteDance" Çin şirkətinə məxsus "TikTok" sosial şəbəkəsi "İnstagram"dan çox populyar "Stories" ("Hekayələr") funksiyasını kopyalayaraq sınaqdan keçirir.
Lunar.az xəbər verir ki, bu barədə "Variety" yazır.
"TikTok Stories" adlanan yeni funksiya ABŞ xaricində bir neçə ölkədə test rejimində işə salınıb və bunun daimi olub-olmayacağı hələ bilinmir.
24 saat sonra avtomatik silinən "Hekayələr" funksiyası ilk olaraq "Snapchat"da yaradılıb, lakin Mark Zukerberqin "İnstagram" sosial şəbəkəsi onu kopyaladıqdan sonra məşhurlaşıb və hazırda hətta bəzi bank tətbiqlərində də mövcuddur.
BiG.AZ