Hüseyn Məhəmmədoğlu evindən cadu tapıb: "Ölməyim üçün etmişdilər" - VİDEO
Klarnet ustası Hüseyn Məhəmmədoğlu maraqlı açıqlaması ilə diqqət çəkib.
Lunar.AZ xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan musiqiçi, evində cadu tapdığını deyib:
"Caduya inanıram. Həyətimdən də çıxıb. Ölməyim üçün etmişdilər. Bir dəfə bağban həyətdəki ağacın dibini qazırdı. Bahalı ağac idi, birdən-birə qurumağa başladı, dərman da tökdük düzəlmədi.
Bağban dibini qazanda nəsə tapdı və mənə verdi. Onu açdılar, gördüm ki, düyünlü saplardır, içindən qurğuşun, yağ, bir də paltarımın bir hissəsi çıxdı"./BAKU.WS