Xalq artisti Ramiz Məlik "Oğlum kimi alır alsın, müğənni almasın" sözlərini deyən aktyor Elməddin Cəfərova dəstək olub.
R.Məlik Elməddinin fikirlərinə etiraz edən müğənni Roza Zərgərlini tənqid edib. O, Elməddinlə Roza Zərgərli qalmaqalına sosial şəbəkədə bu cür rəy yazıb: "Bu Roza son zamanlar gündəmdə qalmaq üçün yaman gül açıb".
Lunar.Az bildirir ki, Lent.az-a açıqlama verən Roza Zərgərli isə R.Məlikə bu cür cavab verib:
"Bunun iti ölüb, eşşəyi asqırır. Bu Ramiz müəllim mənim aparıcılıq etdiyim "Bakı vaxtı ilə" verilişində qonaq olmadığına görə reytinq axtarışındadır. Bir Xalq artistinin Rozaya söz atmağı qalmışdı. Eybi yoxdur, bir gün verilişimə gələr, ona reytinqin nə olduğunu göstərərəm. Mənim verilişim görkəmli sənətkarlara aiddir. Amma "Bakı vaxtı ilə" verilişində siz yoxsuz. Adımı, soyadımı da yazmayıb. Yazıb ki, "Bu" Roza. Mən də deyirəm ki, "Bu" Xalq artisti filankəs".
Qeyd edək ki, E.Cəfərov Lent.az-a müsahibəsində bu sözləri demişdi:
"Oğlum xaricdə ali təhsil alır. Ona demişəm ki, xaricdə ailə qura bilmərsən. Söylədim ki, Nihad, birdən ağlına gələr, orada qalım, evlənim, qəti olmaz. Kimlə ailə qurmaq istəyərsə, qarışmaram. Azərbaycanlı xanımla evlənə bilər. Amma oğlumun müğənni qızla ailə qurmasına razı olmaram. İstəmirəm. İstərdim ki, gəlinim evdar olsun. Müğənni xanımlar işlə bağlı ora-bura qaçırlar, çətin olur".
Onun bu sözlərinə R.Zərgərlinin cavabı belə olmuşdu:
"Elməddin aktyordur. Bəs ona niyə qız veriblər ki? Ömür boyu deyiblər ki, şou aləmində olan və aktyor olan oğlanlara qız verməzlər. Nə yaxşı ona qız verdilər? Deməli, normal ailə başçısıdır. O demək deyil ki, müğənni qız normal ailə başçısı ola bilməz. Elməddin də düşdü şou aləmində qız alıb, qız verməyənlərin siyahısına". Məqaləyə dair fotomateriallar: