Aktrisa Oya Akarın evində oğurluq hadisəsi baş verib. Lunar.az türk mətbuatına istinadən bildirir ki, oğrular evə girərək aktrisaya məxsus qızıl, ziynət və bahalı əşyalarını eyni zamanda bahalı avtomobilini aparıblar. Onlar hadisə yerində iz qoymadan uzaqlaşa biliblər.
Akar həmin vaxt serial çəkilişində olduğunu bildirib. Hazırda aktrisa polislərin tez bir zamanda oğruları ifşa edərək əşyalarının geri qaytarılmasını gözləyir.
Qeyd edək ki, aktrisa "Arka Sokaklar" serialında Selin Demirci obrazına həyat verir.