Tənqidlərdən sonra Rusiyada yaşayan məşhur azərbaycanlı müğənni Gəncə terrorunu paylaşdı - FOTO
Oktyabrın 11-i gecə saatlarında ermənilərin Gəncədəki yerli vətəndaşları yatdığı yerdə raket atəşinə tutması, hadisədən sonrakı görüntülər hər bir azərbaycanlını yerlə yeksan etdi.
Lunar.az xəbər verir ki, sözügedən hadisə hamının yaddaşında növbəti erməni vəhşiliyi kimi yazıldı.
Sosial şəbəkələrdə hər kəs həştəqlər açaraq erməni vəhşiliyindən yazdı. Hadisəyə biganə yanaşan Rusiyada yaşayan məşhur azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) izləyicilərin tənqidinə tuş gəlib.
İnstaqramda 1,3 milyon izləyiciyə sahib olan müğənni tənqidlərdən sonra Gəncə hadisəsini instaqram hesabının hekayə bölümündə paylaşıb.
Qeyd edək ki, instaqramın hekayə bölümü 24 saatdan sonra avtomatik silinir. İzləyicilər isə bu hadisələrin geniş miqyasa yayılması üçün post şəklində paylaşmağı istəyirlər.
Xatırladaq ki, İyul döyüşlərində də Rusiyada yaşayan məşhur azərbaycanlı müğənnilər biganə yanaşmışdılar. Müğənni Xəyyam Nissanovun tənqidi paylaşımından sonra həmin müğənnilərin yadına düşüb şəhidlərimizi paylaşdılar.//BiG.AZ