Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
“Kişilərinizin sizdən xəbərsiz olduğunu nümayiş etdirməyin” - Aynişanın ərindən ağır sözlər

“Kişilərinizin sizdən xəbərsiz olduğunu nümayiş etdirməyin” - Aynişanın ərindən ağır sözlər

Blogger Aynişan Quliyevanın idmançı həyat yoldaşı Kənan Əliyev sosial şəbəkələrdə tənqid edilib.

İzləyiciləri idmançının şəhidlərlə bağlı paylaşım etməməsinin səbəbini soruşublar.

Yenisabah.az xəbər verir ki, məsələyə aydınlıq gətirən K.Əliyev vətənpərvərliyin paylaşımla ölçülmədiyini bildirib:

“Səfərbərlik olanda hamı bir nəfər kimi gedəcək. O zaman kim getmək istəyir, kim istəmir deyə soruşmayacaqlar. Burada şərh yazanların əksəriyyəti elə şəhid verən gün sözdə “yas tutur”, amma əslinə qalsa, 30 ildir müharibə şəraitində yaşayan ölkəyik, ona qalsa, bizim üçün hər gün matəmdir. Burda foto paylaşıb-paylaşmamağın vətənpərvərliklə yaxından-uzaqdan əlaqəsi yoxdur. Şərhi yazanda anlayın ki, düşmənə yazmırsınız. Mən də azərbaycanlıyam, bu ölkə həm də mənimdir, bu görə lazım olsa, mən də savaşaram. Burda yersiz ağıl verməyiniz məntiqsizdir”.

Fitnes məşqçisi sosial şəbəkədə ona tənqid və təhqir yazanlara sərt şəkildə xəbərdarlıq edib:

“Bu günə kimi bəzilərinizin yazdığı tənqid və təhqirlərə heç vaxt cavab verməmişəm. Ona görə yox ki, veriləsi cavabım yoxdur, ona görə ki, o səviyyəni özümə yaraşdırmamışam. İnanın ki, o səviyyədə, hətta daha betər cavab verə bilərəm, hansı ki, ondan sonra şərh yazmağa tövbə edərsiniz! Hər şeyin bir həddi-hüdudu var. Əsasən də qadınlar, bir az ailənizin kişi cinsindən olan nümayəndələrinə hörmət edin. Öz danışıq tərzinizlə onları bu qədər təhqir etməyin. Onların sizdən xəbərlərinin olmadığını bu qədər açıq-aşkar nümayiş etdirməyin. Düşünməyin ki, şərhdi, yazdım, bitdi. Dəfələrlə polis şöbəsində şərh yazanlarla görüşmüşük. Vallah, burda cəsarəti ilə lovğalanan insan şikayət etməməyimiz üçün göz yaşı töküb. Sizi hörmətinizi qorumağa dəvət edirəm”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ