Mən dəhşətə gəlmişəm ondan tutulub dilim. Sən ki gənc qalmışdın yaddaşımda 17 yaşımda Uzun telli, ağ bədənli, incə belli.
Soyuyub sən demə əllərin. Sən demə qocalıbmışsan sən də. Şəhvətə gətirmir daha gözlərin Qocalmısan gözəlim..
Yaralardan axan qanı saxlamır məhrəba Çox zəhərlidi nə süd nə kəhrəba (Yoxsan) Boz səhrada, şeytanı yəhərləmək İnsanı zəhərləmək kimiydi sənsizlik Tozlu akvarel, quaş, Rembrandt Bir növ xrizon, tembroda Denton . Xatirələrə qərənfillər əkərdin, Hündürlükdən qorxmasaydın çox çəkərdin Mənə deməməşdin, amma yaz bunu Sən əvvəllər yaz yağmuru Ölməyə tələsirdin, amma yubandın. Sular bulandığı gün ürəy də bulandı . Sən, axı bütün arzuları devirdin Sən, axı tək yatmağı sevirdin Heç kəsə demirdin, dərin dərdlərini Gizlətdin yatağı cırmaqlayan əllərini Qırmızı dodaq qırmızı filtir tüstülər Bədən soyuqdan dona bilərmiş istidə Tənhalıq, depressiya, vahimə, soyuq tər Xatirələr, köhnə məktublar, bədxəbər Alkoqol narkotik lirika preparatlar Radioda vals Vaston qarışıq həyatlar, Qarışıq saçlar, geyim, qarışıq işləri Və pridona ayaq basan növbəti müştəri Süni gülüşlərin, qısa öpüşlərin Sənə pul qazandıran saatla görüşlərin Hər gün görürəm səni nə qədər alçalmısan, Qırışıb əllərin sən demə qocalmısan.
Mən dəhşətə gəlmişəm ondan tutulub dilim. Sən ki gənc qalmışdın yaddaşımda 17 yaşımda Mən qocalırdım sənsə cavan idin xəyalımda Uzun telli, ağ bədənli, incə belli.
Soyuyub sən demə əllərin, Sən demə qocalıbmışsan sən də. Şəhvətə gətirmir daha gözlərin, Qocalmısan gözəlim.