51 yaşlı müğənninin səhnədə açıq-saçıq geyimi tənqid edildi - FOTO
Müğənni Toni Braxton Floridada konsert verib.
Lunar.az SİA-ya istinadən xəbər verir ki, ifaçı gecədə repertuarındakı mahnıları ifa etməklə yanaşı rəqs etməyi də unutmayıb. Onun konsert zamanı göstərdiyi performans tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb. 51 yaşının olmasına baxmayaraq T.Braxton səhnədə bir çox həmkarlarına meydan oxuyub.
Müğənninin dərin yarıqlı libası konsertə qatılanların gözündən yayınmayıb. İfaçının açıq-saçıq geyimindən alt paltarı görünüb. Bu səbəbdən müğənni sosial şəbəkələrdə ciddi tənqidə məruz qalıb.
Toni Braxtonun konsertindən olan fotoları təqdim edirik: