"Yazdı ki, məni bunların əlindən al" – Zahid Sabirabadlının ÜRƏK DAĞLAYAN HƏYAT HEKAYƏSİ – VİDEO
“Deyirdi ki, bu ad üstümdədir, yatıb ayılmadı”.
ARB TV-nin “Bu qədər” proqramın da bu dəfə mərhum klarnet ifaçısı Zahid Əliyevin (Sabirabadlı) həyatından danışılıb.
Saleh Əliyev – Atası: “Valideyndən ötürü canı çıxan bala idi. Çox yumuşaq ürəyi var idi. Görürdüm ki, səs gəlir. Dəfələrlə gəlib klarneti sındırıb atırdım. Yenə gördüm ki, səs gəlir. Gördüm ki, gizlənib tərin içində ifa edir. Dedi ki, nolar, sındırma bunu. Bizə ağır yükdü. Gözümün qabağında balam keçinib. 2 saat yarımın içində dünyasını dəyişdi”.
Cavanşir Məmmədov – Əməkdar artist: “Onun hörmətli toyları olmuşdu. Hamısında mənə zəng edib demişdi ki, dəstəmin başında səni görürəm. Bir ağsaqqal kimi gəl otur orda. Hörməti itirməyən adamdır. Məndə telefonda mesajı var idi. Yazmışdı ki, məni bunların əlindən al. Adlar da yazmışdı. 2 dəfə onun qanını dəyişdirdim. 1 ilə yaxın heç nə istifadə etmədi. Mənimlə olan müddətdə də istifadə etmirdi. Bilirdi ki, nəzarət var üstündə”.
Leyla Əliyeva – Həyat yoldaşı: “Sözlərlə ifadə etmək çox çətindir. Çox yaxşı insan idi. Birinci ailəsi ilə maraqlanardı. 2 il yarım kirayədə qaldıq. Pis vərdişləri olub. Anası rəhmətə gedənə qədər olub. Mən ailəli olduğum müddətdə görməmişəm. Deyirdi ki, bu ad üstümdədir. Ürəyində problem var idi. Yatıb ayılmadı”.