Gələn ay 18 yaşı tamam olacaq müğənni Aleyna Tilki sosial şəbəkə paylaşımı ilə biabır olub.
İfaçı fotoşopdan istifadə edərək hazırladığı şəkillərini İnstaqram hesabında paylaşıb. Fotoda olduğundan uzun və arıq görünən Aleyna lağ hədəfinə çevrilib.
İzləyicilər ona “Fotoşopun gözünü çıxarıb. 2 ayda həm uzanıb, həm də arıqlayıb” yazıblar. Tilkidən istifadəçilərə cavab da gecikməyib:
“Şəkillərimdə o qədər gözələm ki, gerçək olduğuma inana bilmirlər. Bir dənə də filtr yoxdur, partlayın”.