Onlar futbol oynamasalar da, oyunun taleyini də həll edə bilirlər - FOTO
Bildiyiniz kimi bu il Rusiyada futbol üzrə dünya çempionatının oyunları keçiriləcək.
Lunar.Az qaynarinfo-ya istinadən xəbər verir ki, 2018-ci il FİFA Dünya Kuboku yarışlarının yaxınlaşdığı ərəfədə sputnik.ru saytı rus futbolu ilə əlaqəli olan ən gözəl rus qadınları ilə bağlı məlumat hazırlayıb.
Bu dəfə rusiyalı gözəllər futbolçu sevgililərinə və ya həyat yoldaşlarına, həmçinin azarkeşlik etdikləri komandalarına verdikləri dəstəklə gündəmə gəliblər.
Rusiya millisinin və ÇSKA Moskva futbol klubunun qolkiperi İqor Akinfeyevin həyat yoldaşı Katerina. Qeyd edək ki, Akinfeyev ötən il Rusiyanın ən yaxşı qapıçısı seçilib.
Lokomativ klubunun yarımmüdafiəçisi Dmitri Tarasovun nişanlısı Anastasiya 2014-cü ildə Rusiya gözəli seçilib. Cütlük bu il ailə qurmağı düşünür.
Ufa komandasının qapıçısı Aleksandr Belenov ötən il Tatyana ilə ailə həyatı qurub. Belenova soyadını alan Tatyanova həyat yoldaşına dəstək olmaq üçün tez-tez oyunlarda iştirak edir.
Krasnodar klubunun kapitanı və ötən il Rusiyada ilin ən yaxşı futbolçusu seçilən Andreas Qranqvistin həyat yoldaşı Sofiya...
Krasnodarın yarımmüdafiəçisi Coazinyonun sevgilisi Valeriya. Valeriya yaxın zamanlarda ana olmağa hazırlaşır. Bu, braziliyalı oyunçuya həyatının ən gözəl hədiyyəsi olacaq.
Kuban Krasnodar komandasının ən böyük azarkeşlərindən biri olan model Alina Çusalina komandanın ən ağır vəziyyətində ona dəstək göstərib. Belə ki, klub maliyyə böhranı ilə üz-üzə qalanda sosial şəbəkələrdə aparılan dəstək kampaniyasına o da qoşulub. Əlində "Yaşa Kuban" yazılı kağız tutduğu fotonu 10 mindən çox insan bəyənib və klub aparılan kampaniyadan böyük məbləğdə gəlir əldə edib.
Rus supermodel Kseniya Deli Krasnodar azarkeşi olan kasıb birinə ev ala bilməsi üçün 1 milyon rubl (təxminən 32 min manat) bağışlayıb.