Dünyanın ən məşhur iki futbolçusundan biri, Madridin "Real" klubu və Portuqaliya yığmasının ulduzu
Kriştianu Ronaldunun ailə fotosu paylaşılıb.
Lunar.Az NBC-yə istinadən bildirir ki, fotonu 32 yaşlı futbolçunun qeyri-rəsmi nikahda olduğu 22 yaşlı xanımı Corcina Rodriges paylaşıb.
Noyabrda K.Ronaldunun dördüncü övladı doğulmuşdu: C.Rodriges dünyaya Alana Martina adlı qızı gətirmişdi.
K.Ronaldunun 7 yaşlı Kriştianu adlı oğlu, Yeva Mariya və Mateo adlı əkizləri də var.
Yeva və Mateonu surroqat ana dünyaya gətirib.
K.Ronaldu ötən ilin sonlarında C.Rodrigeslə görüşməyə başlamışdı. Onlar gələn ilin yayında evlənməyi planlaşdırıblar.
Corcina Rodriges İspaniyanın "iHOLA!" jurnalına verdiyi müsaşibəsində deyib: "Dünyaya gətirəcəyimi qızımın adını uzun müddət müəyyənləşdirə bilmədik. Kriştianu "Alana", mənsə "Martina" adını istəyirdim. Ona görə Alana Martina adını seçdik. İndi uşaqlar bizim üçün ən önəmli məsələdir".