22 yaşlı model Cici Hadid qala gecəsində göz qamaşdırıb.
Lunar.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı model
Cici Hadid baş rolda
Bleyk Layvlinin rol aldığı “Yalnız səni görürəm” filmin təqdimat mərasimində iştirak edib.
Qala gecəsində fotoqraflara poza verən model sarı paltarıyla diqqəti çəkib. Moda aləminin məşhur modelinin gecə üçün seçdiyi sarı libası
"Prabal Gurung" moda evinə aiddir. O, obrazını qırmızı dodaq boyası və sıx toplanmış at quyruğu saç modeli ilə tamamlayıb.
Sualları cavabsız qoyan ulduz jurnalistlərə gülümsəməklə kifayətlənib.