Türkiyəli aktrisa Hande Erçel
"İnstyle" dərgisinin üz qabığına çəkilib.
Lunar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,
"Miu Miu" brendindən geyinən
Handenin geyimi müzakirələrə səbəb olub.
Belə ki, onunla eyni vaxtda başqa bir dərgi -
"Elle" üçün kameralar qarşısına keçən müğənni
Aleyna Tilki də həmin geyimdə fotosessiya etdirib. Sosial şəbəkələrdə libasın hansı məşhura daha çox yaraşdığı müzakirə obyektinə çevrilib və izləyicilər fotoların altına
"Hande, yoxsa Aleyna?" kimi şərhlər yazıblar.