Erməni oğlanla ailə quran azərbaycanlı qız Leyla yeni fotolarını paylaşıb.
Lunar.az xəbər verir ki, evləndikdən sonra həyat yoldaşının soyadını da götürən Leyla sosial şəbəkələrin aktiv istifadəçisidir. Üç ildir Artyom Xaçaturyanla evli olan həmyerlimizin bir qız övladı var. Qızının fotolarını paylaşan Leyla övladı və əri ilə çox mehriban olduğunu bildirib.
Leyla sosial şəbəkədə paylaşımlarında sülh şəraitində bərabər yaşamağı tez-tez vurğulayır. Erməni və azərbaycan dilində duet şəkilində ifa olunan mahnının sədaları altında rəqs edənlərin videosunu paylaşan Leyla iki ölkə arasında sülh yaranacağına ümid etdiyini qeyd edir.
Qeyd edək ki, Leylanın atası azərbaycanlı, anası asetindir.