Müğənni Sevil-Sevinc bacıları Naxçıvan MR-da səfərdə olublar.
Lunar.az xəbər verir ki, bacılar Naxçıvan MR-sı gənclər və idman nazirliyinin peşəkar futbol liqasının təşkil etdiyi Heydər Əliyev kuboku uğrunda futbol turnesinin bağlanış merasimində konsert proqramı ilə çıxış ediblər.
Əkizlər səfərləri ilə bağlı bu sözləri deyiblər:
"Naxçıvana yenidən aşiq oldum. İnanın burda olan gözəllik başqa heç bir ölkədə yoxdur. Naxçıvanımız, bugün üçün sonsuz təşəkkür edirik. Sevginiz sonsuz olsun".
Sevil-Sevinc bölgələrdə konsert turnesinə çıxacağını da bildirib.
"Bəlkə bütün Azərbaycanımızı qarış-qarış gəzib konsert verək".
[media=https://youtu.be/j3CWwtxm03g]