Bu günlərdə Fransa ilə çalışmağa razı olan və imzasını atan Əliyeva Azaliyanı Fransanın "Peugoet"-şirkətlər qrupu onu Fransaya gətirib KİV-nin qarşısına çıxardıb medianın suallarına səbrli, səlis, tələsmədən cavablandırıb. Azaliya Əliyevanı gətirmək "Peugoet"-şirkətlər qrupuna baha başa gəlib. Şüphəsizki, ölkəmizin ən bahalı manikeni Əliyeva öz reytinqini qoruyub saxlamaq üçün bütün fədakarlığı edir. Ən çox jurnalistlər tərəfindən danışılan Azaliya Əliyevanın isə təmiz,səlis nitqi olub. O Heç kəsin xətirinə dəymədən, açıq ucu iynəli şəkildə ara bir jurnalistlərədə söz vururdu. İxtisarlanmış şəkildə həmən müsahibəni sizə təqdim edirik
- Sizi ölkəmizdə görməyə şadıq. Ölkəmiz bir sıra tanınmış manikenlərə öz qapısını açıb onu qonaq ediblər. Azaliya Əliyeva üçün Fransa nə deməkdir?
-Sualınıza görə təşəkkür edirəm ilk öncə. Fransa mənim üçün çox şeydir. Burada birinci dəfə deyil gəlişim. 2009-cu ildə rəfiqəmin ad günü mərasimi idi bura gəldim iştirak etdim. Həmən mərasimdə Rusiyanın adlnı çəkməyəcim şirkətin sahibi mənə öz məhsulu reklam etmək istədiyini,və onunla çalışmaq üçün mənə dəvət etdi. Ailəmlə bildirdim bunu etiraz edəndə oldu, dəstək olanda oldu ailəmdə. Bəli, məhz bu Parisdə oldu. Ona görə Fransa mənim üçün çox şeydir
- Fransa sizin həyatınıza bir damğa qoyub, Nə vaxtsa düşünmüsünüzki Fransa vətəndaşlığı almağı?
-Mənim 4 ölkədə vətəndaşlığım var. Çox sağolsun səfirlər mənə şərait yaradıblar iş vizası istəmirlər məndən hamısından çox razıyam. Bəli, istəmişəm vətəndaşlığınızı. Amma buranın vətəndaşı olmaq üçün səhf etmirəmsə 5 il yaşamalısan buda mənim iş prinsiplərimə ziddir.
- Sualım "Peugoet"-şirkətinə olacaq. Azaliya Əliyevanı Fransaya gətirmək nə qədərə başa gəldi? Və niyə məhz Azaliya?
-Sualınıza görə minnətdaram. İlk öncə deyimki, Azaliya gözəl xanım, dəqiq müdür, Peşəsində öndə gedənlərdən biridir. Özünüzdə görürsünüz onun ətirinin iyi bütün zalı götürüb düşünürükki kimsə nəyisə edənə qədər ən gözəlini biz etmişik.
- Bir zamanlar Azaliya Əliyeva 300.000$-a reklama çəkilmirdi indi necə?
- Bu Şişirdilmiş bir qiymətdir. Azaliya ən çox maksumum çəkildiyi rəqəm 220.000$-olub. İndi isə müqaviləmiz var razılaşmaq qalıb.
- Müqavilənizdən hansı şərtlər var?
- Mülk verməlidirlər mənə müvəqqətidə olsa sığınacağım bir yer olmalıdır. İşçilərimə sığorta şərtləri var hələki bu qədər kifayətdir.
- Sualım "Peugoet"-şirkətinin rəhbərlərinə olacaq. Azaliya Əliyevanın işçilərindən biri adını çəkməyəcəyim Fransanın məhşur jurnalına müsahibəsində demişdirki "20.000$-450.000$ arası baxır reklamın məğzinə və ona ayrılan vəsaitə azda ola bilər. " Siz hər reklamda ödəyəcəksiniz bunu?
- "Peugoet" şirkəti böyük şirkətdir. Bizim bütün ölkələrdə ofislərimiz mağazalarımız var. Biz balac şirkət olsa idik sıxılıb qala bilərdik. Azaliya xanımı gətirmişiksə deməli belə bir problemimiz yoxdur.
- Bəs siz Azaliya ilə necə əlaqə qurdunuz?
- İnstagramdan yazdıq nömrəsini istədik, oda şəxsən bizə yazdı lakin özünün yox Banu xanımın nömrəsini yazdı əlaqə saxladıq görüşdük gətirdik. İndi qarşınızdadır.
- Ailəniz peşənizə görə etiraz etdimi?
- Mənim anam əslən Ukraynanın Livov şəhərindəndir. Orada milli-mintalitet elədirki heçnəyə etiraz etmirlər.Anam mənə dəstək oldu, bəzən ruhsuz olurdum,çalışıb işləmək istəmədiyim anlarda anam mənə SKYPE- vasitəsi ilə mənə stimul verirdi. Anam mükəmməl qadındır məni düzgün şəkildə idarə edir. Atam isə yox, Atam Azərbaycanlıdır o müsəlmandır, ölkəmdə elədirki manikenlərə pis baxırlar. Mən dəfələrlə demişəmki, mən Azərbaycanın görünən üzüyəm Bakıda gözəl xanımlar çoxdur Bakıda olanda fikir verirəm buna. Lakin atam etiraz etdi, qarşı çıxdı "Mən Kembridçdə oxuyub bitirən bir qızımı icazə vermərəm ki, kimsə onu çəksin,ona mikrafon uzatsınlar." Mən amma fikirimi izah etdim atama məni başa düşdü məni mən arzularımın arxasınca qaçdım belə olmasa idim mənim yerimə başka birisi olacaqdı amma Deyimki mən Oxfordda praktika keçmişəm və diplomumu Kembridç universitetində almışam ( Alqış sədaları zalı bürüdü hər kəs əl çaldı özü isə güldü)
- Kariyeranız hansı ölkədə uğursuz oldu?
- İstəmirəm ad çəkəm çünkü, yaxşı deyil mən o ölkənin çörəyini yemişəm. Bu ən azından o millətə haqsızlıq etmiş olaram.
- Xahiş Etsək?
- İsveçrə. Orada özümü göstərə bilmədim tam. Xəstəliyim heç cürə məni rahat buraxmadı ağrılarım olduğuna görə xeyli geri düşdüm.
- İndi özünüzü necə hiss edirsiniz? İndiki Azaliyanın ruh halı?
- Əlayam, mükəmmal atmosfer yaratmısınız. Artıq geriye yox,qabağa baxçaq lazımdır. Keçmiş keçmişdir.
- 17 yaşlı bir qızın Azaliya olması üçün nə etməlidir?
- Oxumalı,Qirayət etməli, Düşünməli,Sonradan dinləyib öz bildiyi bir şeyi etmək. Diqqət edin Birinci oxumaq dedim.
- Yanınızda tərcüməçi var, görünürki siz fransızca bilmirsiniz. Sizcə sizə mane deyilmi fransızca bilməmək?
- Je comprends français. Je ne peux pas parler pleinement et je ne suis pas utilisé (Zalda özü qarşısıq hər kəs gülə-gülə əl çaldılar)
- Azaliyanın reklam dəyəri düşüb yoxsa qalxıb?
- Qalxıb
- Hər kəsi maraqlandıran bir sual: görəsən Azaliyanın aylıq gəliri nə qədərdir?
- Bu suala cavab vermək istəmirəm. Amma çatdıra bilmirəm məbləğ çoxdur çox çıxacağım olur. Xərcləyirəm amma bütün ehtiyyaclarımı ərim ödəyir. Ərim mənə həmdə ən yaxşı dostum,sirrdaşımdır onsuz özümü təsəvvür edə bilmirəm.
- Bəs nəyə görə sizi burada tək buraxıb?
- Tək buraxdığını kim dedi sizə? O Sizdən 2 sıra arxada əyləşib. (Jurnalistlər həmən bəy tərəfə boylandı)
- Həyat yoldaşınız sizə qarışmır? Qısqanırmı sizi?
- Yanımda olanda qarışır. O Çox deyingən birisidir. Həmişə nədənsə narazıdır,narahatdır. Arada maşında yol gedəndə her şeyimə qarşısır dalaşırıq (gülür) Mən buradada peşəkarcasına davranıram onu altdan alıram çox vaxt. Bəzən elə olurki, İnstagramıma qədər qarışır mesajlarımı oxuyur. Özü indi gülür görürsünüz? Çünkü xoşu gəlir ondan kimsə danışanda və bilirki mən real olan şeyləri deyirəm
-Ölkənizdə çoxlu sayıda siyasi məhbus var. Bu haqqda nə deyə bilərsiniz? Ölkənizdə söz azadlığı varmı?
- Mən siyasətə qarışmıram belə şeylər məni maraqlandırmır.
- Fransada Azaliyanın uğursuzluğu davam edə bilərmi?
- Xeyr yəqinki. Gələcəyi görmək kimi bir şey olsa idi mən yəqinki gələcəyimə baxardım.
- Eşitdiyimiz qədər, Bakıya gəlməyiniz üçün yüksək qonorar tələb edirsiniz? Yəni ürəyi istəyən adam sizi hər hansı bir məkanın açılışına dəvət edə bilməz...
- Dəfələrlə məni dəvət ediblər. Hətta klipə çəkilməyə də çağırıblar. An
caq qarşılığında ödənilən qonorarı eşidəndə dəhşətə gəlmişəm - 1000 manat. İnsanlara başa sala bilmirəm ki, mən VİP təyyarə ilə gəlirəm, ən bahalı beşulduzlu oteldə qalıram, İşçi heyyətimlə gəlirəm. Sonda isə 1000 manat alım? Bu qiyməti mənə demək belə, ayıbdır.
- Azaliya Əliyeva bir geyindiyi paltarı ikinci dəfə geyinmir. Bir çıxışınızda isə sizə sual verilmişdir "Azaliyanın geyimi,və əşyalarının qiyməti nə qədərdir?"-Sualına cavab verməmişdiniz bəlkə sadəliyi qoyaq qırağa açıqlayasınız?
- Mən bir paltar geyinirəm, qiyməti 12 min avrodur. O paltarı cəmi iki dəfə geyinə bilərəm. Üçüncü dəfə paparassilər yazırlar ki, başqa paltarı yoxdur. Başa sala bilmirəm ki, ona bu qədər pul vermişəm, gərək geyinəm axı. Mən göz önündəyəm. Gedib "Zarra" və ya "Manqo"dan geyinə bilmərəm. Dolabımda dünyanın ən bahalı brendləri yer alıb. "Roberto Cavalli", "Christian Dior", "Dolce & Gabbana", "Chanel", "Valentina" kimi brendlərdən istifadə edirəm. Bütün geyimlərimdə yalnız brilyant istifadə edirəm.
- Azaliya heç yerde etiraf etmədiyi bir şeyi bizim qarşımızda etiraf edə bilər?
- (Düşünür) Həyat yoldaşımın ad günündə ona çaxır almışdım düzdür çox bahalı idi amma ona "1943-cü ildən qalma çaxırdır "-demişdim. Amma bu yalan idi belə bir şey olmayıb təzə çaxır idi. İndi özüdə bunu birinci dəfədir burada eşidir bağışlasın məni şirin yalanıma görə (gülür)
- Günay Musayevanı tanıyırsınızmı? Azaliya Əliyeva Öz gözündə Gunay Musayevadan üstündürmü? (Sualı verən Türkiyəlidir.)
- Adını çəkdiyiniz şəxsi mən təzə təzə tanımışam. Hərənin öz kütləsi var. Belə deyimde o xanım Türkiyədə çalışır Türkiyədə elədə ali dərəcəli biri deyil. Türkiyə və Azerbaycanda tanınır. Mənim isə hədəflərim var Niyədə Avropa tanımasın məni? Yəqin özünüz sualımın cavabını bildiniz.
- Podiumda yıxılmaq necə bir hisslərdir?
- Bilmirəm onu mənə yox, Günaydan soruşun. Mən podiuma çıxmıram.
- Sualım "Peugoet"-əməkdaşlarına olacaq. Azaliya Əliyevaya avtomobil hədiyyə olunacaqmı?
- Çox istərdik edək amma Azaliyaya Fransada ona avtomobil hədiyyə edilib. Lakin, onun işçi heyyətindən bəzilərinə planımızda varki, hədiyyə edək.
- Azaliya öz kariyerasını ailəsi üçün keçməyə hazırdırmı? Həyat yoldaşınız daha Bəsdir, kifayət edər çalışma desə qurban verə bilərmi öz kariyerasını ?
- Düşünmədən şüphəsizki bəli. Mən şöhrətpərəst deyiləm.
- İsveçrəyə dönüşünüz nə zamandır?
- Demək olarki, işin 70%-i görülüb. Yaxın 10 gün içində qayıtmalıyıq.
- Ən çox hansı sualı bəyəndiniz?
- Çətinlik çəkdiyim suallar oldu. Düşünürəmki mənim cavablarım sizi qane etdi hər birinizə təşəkkür edirəm dəyərli vaxtınızı bizə ayırıdığıniz üçün. Əziyyətiniz üçün təşəkkür və minnətdaram sizə.