Danışmaq, hisslərini anlatmaq istəyərsən, amma kəlmələr boğazında düyümlənib qalar... "Axı bu qədər sevdiyim insan məni niyə anlamır?!" deyə düşünərsən... O səndən bir söz gözləyər, sən ondan anlayış... Gözləriniz dolar, tükləriniz biz-biz olar, üşüyərsiniz... "Kişi küsməz" deyirlər, amma o səndən "küsər"... Küskünlüyünü etiraf etməsə də, ürəyinin dərinliyində "Axı səni dəlicəsinə sevirəm, bir şey et, nəsə söylə" deyər... Bir-birinizdən ilk addım gözləyərsiniz...
Onun yuxusu gələr, sənin də yalandan yuxun gələr... O xəstələnər, sənin canın yanar. O bir şeyə çox sevinər, sən ondan daha çox sevinərsən. O bir mahnını çox sevər, sən artıq o mahnını əzbər bilərsən. Ac deyilsən, o israr etdiyi üçün bir şeylər yeyərsən. Bir şeyi çox istəyərsən, o istəmədiyi üçün vaz keçərsən. Çünki o sənin ən dəyərlindir... Çünki sən onu hər şeydən çox sevərsən...
Sonu bəlli olmayan bir yoldur HƏYAT... Önünə nə zaman nəyin çıxacağını bilməzsən... Bəzən bir şeylər alıb götürər səndən, tuta bilməzsən... Bəzən də həyatın gətirdiklərindən qaçmaq istəyərsən... Amma qaça bilməzsən... Belədir HƏYAT... Anlaya bilməzsən... Və bir gerçək vardır: ACINI dadmadan XOŞBƏXTLİYİ dada bilməzsən..!
Əgər bir insan sizi sevmirsə, iynə ucu qədər problemləri bəhanə edərək sizi özündən uzaq tutar... Əgər biri sizi həqiqətən sevirsə, dağlar qədər problemləri göz ardı edib sizinlə birlikdə olar... SEVƏN İNSANIN BƏHANƏLƏRİ YOXDUR..!
"Yaxşısanmı" deyə sorma, nə dəyişəcək..?! "Yaxşıyam" desəm sevinəcəksənmi..?! Ya da üzüləcəksənmi..?! Soruşma "Hardasan" deyə, cəhənnəmin dibindəyəm, gələcəksənmi? Yoxsa qaçmağa davammı edəcəksən..?! "Kiminləsən" deyə sorma! Yalnızam, əlimimi tutacaqsan..?! "Sevirsənmi" deyə sorma! Nə önəmi var mənə sorduqlarının..?! Gedişinlə bütün sualları cavabsız buraxmadınmı..?!