Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xatirələrə, mənə səni verirlər xəyal belə olsa...

Xatirələrə, mənə səni verirlər xəyal belə olsa...

Xatirələrə, mənə səni verirlər xəyal belə olsa...

Xəyal etdim yenə səni bütün həsrətimlə... həsrətinlə boğuşar tapdım özümü, xeyir olmur! Dözə bilmirəm dərindən gələn ağrılarıma, ağrılarımın səbəbini bilirəm ama sustura bilmirəm, içimden sökə bilmirəm...
Xəyalımda sən vardın yenə , yuxusuz gecələrlə dost olmuşam artıq, səni görərəm deyə uyutmurlar məni gecələr, yuxularımda səni yaşaram deyə, olmadı sadəcə həsrətinin yıxıcı ağrılarını duyuram …
Hər saniyəmi sənlə yaşadıqdan sonra, kimsəə yer qalmadı məndə, içimdə, anımda,zamanımda,dostumda sən oldun,sevdiyimdə, vazkeçilməzimdə...unudamadığımda..

Hər gülüşünü düşünəndə qəlbimdə yeni bir yara olur sanki, onsuzda yaralı paramparça, paramparça olduğu yetmədiyi kimi hər yaramı birazda yaralayıram, sən qanayırsan, yenədə sevincliyəm məndə qalırsan ürəyimdə olursan...
Yalnız evdə dolaşdım, sənsizlikdə səndən bir iz aradım təsəlli olsun deyə, qoxunu duydum sanki bir an..Sevdiyin,hər zaman oturduğun yerə baxdım..Mənə gülümsəyirsən..

Mənədə qalanlar var səndən və gözlərindən və oxşamağa qıya bilmədiyim saçlarından, topladım birər birər, kimsə yoxkən göstərirəm , bəzən bir damla olub axır yanaqlarımdan, bəzən kəlimələr olub axırlar qələmimdən, bəzəndə bir hiss olub incidirlər qəlbimi...
Olsun yenədə baxıram xatirələrə, mənə səni verirlər xəyal belə olsa. Haralardasan? İndi necəsən? Nə hiss etdiyimi hələdə səni sevdiyimi görürsənmi ?....o yatdığın məzarından... Soruşmaq istərəm ama bilmirəm....Bax səndən sonra sevmədim, sevə bilmədim..
Dönülməz yollar aldı səni məndən...Gözəl gözlüm gözlə məni!..









MeLeK от 24 sentyabr 2016 15:44
Maraqli idi..oxumaga deyer...paylasim ucun tesekkurler...minnetdaram...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ