Sevincim, aldığım nəfəs, gülüşüm, Sevinc göz yaşım, yaşadığım həyatım, Sevgi dolu dünyam. Ümid etdim, sevindim səninlə yaşayacağım həyata. Düşündüm, sona kimi səninlə olacaq, sən qalacaqsan yanımda,Sən tutacaqsan əlimdən deyə. Əmin oldum, hər şeyi səninlə yaşamaq istədiyimə,Səninlə sonumun olmasını arzuladığıma. Səninlə yaşadığım hər anım, səninlə keçən hər saniyəmindi yaşanmış kimi xatirələrimdə təzədir.Qəlbim qəlbində tapmışdı dincliyi, xoşbəxtliyi, sevincim üçün gərəkli olan hərşeyi. Heç düşünməmişdim ayrılığı, sevincimin sonu tapacağını.Son sözlərin, sanki məndən nifrət edərmiş kimi ayrılmağın.Söylədiyin sözlər yandırdı məni, kül etdi sinəmdə qəlbimi.Çox istədim yaşadıqlarım bir yuxu olsun deyə.Gözümü açıb xoşbəxt həyatıma gülümsəyim deyə ümid etdim. Gerçək olmasın deyə yalvardım Tanrıya. Bax, heç bir zaman itirmərəm səni, itirmək istəmirəm, itirsəm nə olaram bilmirəm deyirdin. Amma indi sən, məndən uzaqda yaşayırsan öz həyatını.Mənsə boş bir gələcəyə baxıram səssiz-səmirsiz...Sən bir başqasının olacaqsan düşüncəsi hər gün,keçən hər saniyə yandırdı qəlbimi, nəfəs almaq belə əzab oldu mənə... Dözməyə çalışdım. Amma sadəcə hər gün səni düşünmək qaldı mənə. Həyatımı, canımı, hər şeyimi verə biləcək qədər çox sevdim səni. Sevgilim! həyatda tək yaşama səbəbimdin sən..