Məni soruşursansa... mən hər hansı birini tez unudan
biriyəm, amma bunu sənə qarşı bacara
bilməyən, mən sənə yaza
bilmədiyimdən səni yazan
biriyəm...Mən heç kəsə inanıb
güvənməyən, amma
sənə özüm qədər güvənən biriyəm. Mən sənsiz çarəsiz, səndən az da olsa məni düşündüyünü hiss etməm üçün
kiçik bir ümid verməni gözləyən biri. Səni hər kəsdə axtaran biriyəm. Mən hər kəsi sənə bənzədib, amma
sonradan heç kəsin sən ola bilməyəcəyini anlayan biri. Mənə baxdığını gördüyüm an nə edəcəyimi bilməyən,
bir kiçik gülümsəmənə belə xoşbəxt olan biriyəm, amma bu xoşbəxtliyi sənsiz necə yaşayacağını
bilməyən biri...Oxuduğum hər kitabın cümlələrində axtardığım biri oldu həmişə,
həmin biri həmin kitabda hər hansı bir obraz olmasa belə, amma
mən yenə də axtardım həmişə. Dinlədiyim mahnılarda belə.
Sırf həmin insanı anlatan mahnıları günlərlə sıxılmadan dinlədim. ...
Ona bənzəyən biriylə də olmaq istəmirəm. Sadəcə hər şeyi unutmaq istəyirəm, onu unutduracaq birisi lazımdır.
Bir dünya daha olduğuna inandıracaq biri...