Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bir gun men olsem

Bir gun men olsem

Bir gun men olsem


Bir gün mən ölsəm
ürəyimə sevgi
gözlərimə günəş
torpağıma çiçəklər əkin rəng rəng
uşaqların gülüşünü səpin üstümə bir də
qoxusunu çəkim içimə hər səhər.

Bir gün mən ölsəm
bütün ağrılarımla buraxın bədənimi torpağa
çevirib günəşə üzümü
suyun ağladığı bir bulaq başında
sevgidən, şeirdən bir məzar edin.

Bir gün mən ölsəm
məzarıma güllər qoyun
durnalar salam gətirsin uzaq diyarlardan
salam götürsün uzaq diyarlara
külək necə inlərsə budağında ağacların
necə çırpınırsa bir ulduz düşdüyündə boşluğa
bir duman kimi itib getdi deyin.

Bir gün mən ölsəm
dərin çaylarda yuyun məni
axan sularda, yağan yağışlarda
bir çiçəyin qoxusuna gizləyib yetim ruhumu
nazlı bir uşağın gülüşünə qoyun
hoyrat küləklər əssin uzaq dağlara
dağlar gönlümün qərənfillrəine əssin
bacarmadı yaşamağı,bacara bilmədi deyin.








Delibal от 30 aprel 2016 15:08
gozel xeberdir xoşuma geldi təşəkkürlər xəbər üçün
SENINEM от 30 aprel 2016 18:33
GOZELDI CANIM..TWEKKURLER
--------------------
yoxduu
Inara от 30 aprel 2016 20:16
serhler ucun cox sagolun
BANDITKA от 30 aprel 2016 21:40
Bir gün mən ölsəm
ürəyimə sevgi
gözlərimə günəş
torpağıma çiçəklər əkin rəng rəng
uşaqların gülüşünü səpin üstümə bir də
qoxusunu çəkim içimə hər səhər.
bunu daha cox beyendim
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ