Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Onunla boşluqları dolduracam

Onunla boşluqları dolduracam

Onunla boşluqları dolduracam


Basqa birisi olacag. Onunla danışanda tez-tez sənin adını çəkəcəm, sonra onu nə qədər incitdiyimin fərqinə varıb üzr istəyəcəm, o isə "anlayıram” deyəcək… Səni misal gətirəcəm hər hadisədə, "o elə edərdi”, "o bunu deyərdi”kimi ifadələrlə… səni unutmadığımı hiss etsə də sözlərimdə, içində boğacaq hisslərini və gülümsəyərək yola verəcək…
Mən də yola verəcəm, sənsiz bütün həyatımı… Bəlkə mən də onun üçün birisi olacam, bəlkə onun böyük, bəlkə də ilk sevgisi olacam… O sən olmayacaq, səni əvəz etməyəcək, edə bilməyəcək… Hər dəfə sözümüz düz gəlməyəndə, ya sənli xatirələrdə boğulduğuma dözüb-dözüb partlayanda dalaşacağıq, amma evdən çıxıb təklikdə gəzdiyim anlarda, ondan küsülü və ayrı qaldığım anlarda onun üçün deyil, sənin üçün darıxacam… Birisi olacaq, onu sevməyəcəm, sadəcə tək qalmamaq üçün qəbul edərək sevgisini, aldadacam özümü… Onunla birgə belə səni yaşayacam yoxluğunla… Birisi mütləq olacaq bəlkə, yanımda, daim, onunla yaşayacam səninlə yaşaya bilmədiklərimi, qəlbimdə daim sənin sevgini yaşayaraq ağlayacam gecələri… Hər dəfə yaxınlaşıb niyə ağladığımı və niyə siqaret çəkdiyimi soruşacaq, bəzən cəsarət toplayıb"onu düşünürəm” deyəcəm, bəlkə də"heç…” deyib qucaqlayacam onu bərk-bərk, gözlərimdən damla-damla axacaqsan, bütün qəlbimlə səni içimə dəfn edib daim qəbrin üzərində göz yaşı tökəcəm… Sən başqası ilə xoşbəxt olacaqsan, mənimdə yanımda başqa birisi olacaq, bir daha heç vaxt sevə bilməyəcəyimə əmin olsam da, ona bəlkə bir gün onu sevə bilərəm deyə ümid verib yanımda olmasını istəyəcəm, güman ki, qəbul edəcək… Ona verə biləcəyim hər şeyi verməyə çalışacam, sevgisinə qarşılıq, sırf sənin mənə qarşı etdiklərin kimi… Ondan dünyaya gələcək qızımın saçlarında, gözlərində axtaracam sənə aid izləri, bəlkə sənə olan sevgimə qarşılıq Allah mənə sənə bənzəyən bir övlad verər deyə ümidlə gözləyəcəm daim səndən olmasını arzu etdiyim qızımı… Birisi mənim həyatımın tamı olacaq, sevgimdən başqa hərşeyim olacaq… Onunla boşluqları dolduracam… Ona daim yalan danışacam,hətta gülümsəməyim də yalançı olacaq, o mənim üçün sadəcə BİRİSİ olacaq, heç vaxt SƏN ola bilməyəcək…








BANDITKA от 27 aprel 2016 15:28
Redaktə etdi Suzana - tewekkurler redakte ucun
Suzana от 27 aprel 2016 15:52
gozel yazidi ellerine sagliq canim
--------------------
SENINEM от 27 aprel 2016 22:50
COX GOZELDI.. BANDITKA ELLERINE SAGLIQ
--------------------
yoxduu
BANDITKA от 28 aprel 2016 13:09
Alıntı: Suzana
gozel yazidi ellerine sagliq canim

Alıntı: sevgilisinin deceli
COX GOZELDI.. BANDITKA ELLERINE SAGLIQ

beyenmenize sevindim
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ