Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
....Mənasız Həyat.....

....Mənasız Həyat.....

....Mənasız Həyat.....


İlk sətir? Hər sətir bir yazı, bir yazı taleh, taleh yaşananlar, yaşananlarsa çox mənasızdır...
Həyat? Həyat yaşam, yaşam sərhədli bir gün, hər oyun həm acılarla, həm gülüşlərlə dolu, gülüşlərsə çox mənasızdır..
Sevgi? Sevgi dəli hisslər, hisslər yalançı, yalançı insanlar, insanlarsa çox mənasızdır...
Sevinmək? Sevinmək ani xoşbəxtlik, xoşbəxtlik çox qısa olan bir ömür, bir ömürsə çox mənasızdır...
Kədər? Kədər sevincin əks qardaşı, qardaş doğma, doğmalar yad görünən, görünənlərsə çox mənasızdır...
Nifrət? Nifrət səhvlərdən doğulan, səhvlər peşmanlıq, peşmanlıq bir duyğu, duyğularsa çox mənasızdır...
Yeni bir gün? Hər yeni bir gün gözəl, gözəl olan hadisələr, hadisələr hər zaman, zamansa çox mənasızdır...
Təslim olmaq? Bu qorxaqlıq, qorxaqlıq cəsarətsizlik, cəsarətsizlik son, sonlarsa çox mənasızdır...
Bəs Son? Son başlanğıc, hər başlanğıc sürprizlər, hər süpriz yeni hadisələr, hadisələr çox mənasızdır...
Nağıl? Nağıl mənim həyatım, həyatım acılar və təklik, təklik ümidsiz olmaq, ümidsiz olmaq ölümə bir addım, hər addımsa çox mənasızdır...
ALLAH? O görünməyən bilinməyən, düşünülməyə heç kəsin qadir olmadığı, yəni bir yaradan, yaradan sevgi, sevgi sonsuz, sonsuzluqsa Allaha məxsusdur...
Sən? Sən sadəcə bunu oxuyan, oxuduqca düşünən, düşündükcə fikirlər yazmaq istəyən, istəyinsə çox mənasızdır...
Mən? Mən bir külək, külək çox soyuq, soyuq mənim qəlbim, qəlbim həyatda yaşanan kiçik rol, kiçik rollar Epizotik, epizotik mənim hər anım, hər anım yalançı, yalançı olan baxışlarım. Əslində mən heç kiməm, hisslərim kimi yaşamım da çox mənasızdır...
Sənsiz günlərim? Onsuz günlərim bu yazdıqlarım, bu yazdıqlarım ona aid, ona aid olan qəlbim, qəlbimdə onun sevgisi, onun sevgisi isə yaşamağa tək səbəbimdir... Səni Sevirəm!!!









Delibal от 12 aprel 2016 14:27
buyurun fkirlerniz maraglidir
BANDITKA от 12 aprel 2016 15:10
Nifrət? Nifrət səhvlərdən doğulan, səhvlər peşmanlıq, peşmanlıq bir duyğu, duyğularsa çox mənasızdır...
duzdu
LoVe Fire от 12 aprel 2016 15:26
Maraxli yaziydi cox beyendim paylawdigincun tewekkurler ellerina saxliq.
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ