Səni sevdim çox sadəcə
Səni sevdim gündən-güneədaha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər-bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi.
Sadəcə, çox sevdim səni, səni sevdim çox sadəcə!
Mən sadəcə seni sevmək istədim...
Uçurumlardan düşərkən, problemlərdən qaçarkən, çətinliklərdə büdrəyərkən sənin sevginə sığındım... Buna görə də...
Mən sadəcə səni sevmək istədim...
Sevdiyimi, sevildiyimi, dəyərli olduğumu bilmək üçün...
Mən sadəcə səni sevmək istədim...
Hardasa məni düşünən Sən varsan.. Bunu düşünəyin özü mənə güc verdiyi üçün,
Məən sadəcə səni sdevmək istədim...
Hər kəsdən, hətta həəyatdan belə küsəndə öz dünyamızda yalnız ikimiz varmış kimi yaşamağa məcbur etdiyin üçün
Mən sadəcə səni sevmək istədim...
Hər gün mənə güclü olduğumu sübut etmək üçün ayaq üstə dayanmağı öyrətdiyin üçün
Mən sadəcə səni sevmək istədim...
Tam fə rqli insanlarıq... Mən qollarında ağlayarkən məni əyləndirməyi bacardığın üçün, fərqli olduğumu mənə hiss etdirdiyin üçün, Sənin fərqliliyin üçün Mən sadəcə səni sevmək istədim...
Mən sadəcə səni sevmək istədim...– tut əllıərimdən.. Sənsiz senli xatirələrləyaşamaqdansa, həmişə yanımda olmağı bir qanun bil..
Tut əllərimdən – elə tut ki, ətrafda baş verən heç nə bizə təsir etməsin... Elə tut ki bizim sevgiyə şübhə edənləri yanıldaq..
Elə tut ki, həyatın ovuclarımızın arasından necə axıb getdiyini özümüz də hiss etməyək... sadəcə ikimiz varmış kimi yaşayaq.. Sən və Mən...
Mən sadəcə səni sevmək istədim... – Məni sənsiz, yalnız qoyma.. Bax elə indi, tut əllərimdən..