BAĞIŞLA...İndi tək edə bildiyim getmək... Bəlkə hər şey daha yaxşı olar mən getsəm, bu gedişim belə sənin yaxşılığın üçündür... Getməm asan görünər sənə bəlkə də, qaçdı gözə ala bilmədi, sevməyi qorxaq deyərsən ardımdan… Sevməmiş məni aldatmış deyərsən... Ama ən çox mənə toxunur getmək... Qalmaq qədər incidər canımı…
Belə qərarım asan görünə bilər sənə… Vəfasızlar gedər deyərdin çıxdı getdi vəfasız deyib də özünü heç
sorğulamazsan, tanıyıram səni nə idi getməsinə
səbəb, mənmi idim? deməzsən, heç səbəbsiz getdi
deyərsən… Bilməzsən gedənin də canı yanar... Gedəndə qan ağlar, qalan qədər... Geridə buraxıb
hər şeyi, vecsiz görünmək, bilməzsən nə çətindir
sevərkən getməyi gözə almaq… Nə çətindir
buraxılan xəyalıyla davam etmək yola,
olmayacağını bilə-bilə yenə də arzu etmək...
Xatirələrlə tutunmağa çalışmaq həyata, amma sən anlamadan çıxdı getdi deyərsən... Amma hardan
biləsən tək çarəsidir gedənin… Getmək... Məcburdur
getməyə, ardına baxa-baxa… Unuda bilməz
gedəndə yaşananları, gözə ala bilməz, sevə bilməz,
tanımaq istəməz yeni eşqləri... Xatirələrlə oyanar hər
sabah… Bilməzsən məcburdur getməyi gözə alacaq qədər getməyə... Anla nə olar qırılma, incimə
məndən... Üzülmə aldırmadan getdi deyə, lənət
olsun səndən uzaq bu şəhərlərə... Üzülmə,
məcburam səni uzaqdan sevməyə, bağışla məni........