Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Söyləmədin ki..

Söyləmədin ki..

Söyləmədin ki..


Sən mənim "İmkansızımsan” deməyib
"Səninlə hər imkansızlıga hazıram” deseydin…
Bəlkə bütün imkansızlıqları yox edərdim səninlə…
Amma Söyləmədin ki…
Sən mənimsən” deməyib "Mən sənə aidəm” desəydin…
Başqa ürəklərdə olsan da varlığını hiss edə bilərdim, mənə aid olan həmişə məndə qalır deyə…
Söyləmədin ki…
"Sənin üçün hər zorluqla savaşıram” deyil də;
"Səndən gələn heç bir şey zorluq deyil” desəydin;
İnanardım ürəyinin sadəcə mənim üçün çarpdığına, cəsarətinə…
Söyləmədin ki…
"Sən olmadan yaşaya bilmərəm” deməyib,
"Sənsizlik deyə bir şey yox; sən var olmasan da mənimləsən” desəydin…
İnanardım sevginin sonsuzluğuna, eşqin istiliyinə …
Söyləmədin ki…
"Sən mənim röyamsan” deyil də
"Gerçəkləşən röyamsan” desəydin;
Uzaqda da olsam yaşadırdım bu gerçəyi səndə, röya olmaqdan çıxarardım bizi…
Söyləmədin ki…
"Sən mənim ruhumsan” deyil də,
"Sən əslində Mənsən” desəydin…
Yoxluğunda belə davam etdirərdim sən olmagı, özümü unutmaq olsa da sonu…
Söyləmədin ki…
"Səni Sevirəm” deyil də,
"Səni həmişə sevəcəyəm” desəydin,
Yalan da olsa sevgin, heç dönməyəcək olsan da inanardım mənə bir gün dönəcəyinə…
Gözləyərdim ömrümün sonuna qədər gəlməyişlərini…
Söyləmədin ki…
"Sən mənim üçün çox özəlsən” deməyib;
"Özəl olan hər şey səndədir” desəydin;
Özümü indi belə sadə hiss etməzdim, söylədiyin acı sözlərinin altında bu qədər əzilməzdim…
Söyləmədin ki…

"Bir gün bitəcək” deməsəydin də
"Əslində səni heç sevməmişəm” desəydin ;
Ən azından dəliqanlı birini yaşadardım ürəyimdə…
Səni mənə özünü tanıtdığın kimi deyil də, mənim tanımaq istədiyim,
O cəsur, o gerçəkçi, o isti , o dəlim qalsaydın mənliyimdə…










BANDITKA от 5 aprel 2016 15:14
Redaktə etdi Suzana - tewekkurler redakte ucun
Wirin_meley от 5 aprel 2016 22:34
tewekurler normal xeber idiii
SENINEM от 17 iyul 2016 22:41
Bir gün bitəcək” deməsəydin də
"Əslində səni heç sevməmişəm” desəydin ;
Ən azından dəliqanlı birini yaşadardım ürəyimdə…
Səni mənə özünü tanıtdığın kimi deyil də, mənim tanımaq istədiyim,
O cəsur, o gerçəkçi, o isti , o dəlim qalsaydın mənliyimdə…

maraqli ve bir o qederde gozeldi canim
--------------------
yoxduu
MeLeK от 24 sentyabr 2016 15:33
Maraqli idi..oxumaga deyer...paylasim ucun tesekkurler...minnetdaram...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ