Sənin Olmaq İsdəyirəm..!
Həyatıma sənin adınla məna qatıb xoşbəxtliyə baxmaq və onu birdaha itirməmək istəyirəm
Hər gecəni səninlə uyumaq,hər sabahı səninlə açmaq istəyirəm.
Gözünü açır-açmaz ilk gördüyün şey mən olum və üzümdə gülüşümü görməni istəyirəm
Şəhərin yollarını əl-ələ dolaşmamızı istəyirəm.Baxmadığımız,dolaşmadığımız bir küçə qalmasın.
Heç kimə fikir vermədən elə yolun ortasında yanağıma öpücük qondurmanı istəyirəm
Bizimlə bağlı musiqiləri sözlərini unutsaq belə birgə oxumağıımızı istəyirəm.Sonra bir filmə baxaq,bir kitab oxuyaq,otlar üzərində mavi səmaya baxıb arzular qurmağımızı istəyirəm
Paylaşdığımız hər anın dəyərini bilməmizi istəyirəm.Bir saat bir-birimizi görmədikdə özləmdə olmamızı istəyirəm.
Gözlərinin içinə baxıb "Səni Sevirəm" demək istəyirəm.Sadəcə səni istəyirəm.
Sənin olmaq istəyirəm!!!