Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Məndən qalan heç nə yoxdu bəlkə də

Məndən qalan heç nə yoxdu bəlkə də

Məndən qalan heç nə yoxdu bəlkə də


Həyatdan hədiyyə bir cüt ağrı,
Əbədi qaranlığa əsir könül
İçimdə "mən" yox,
Məndən qalan qırıntılar var,dostum
Bu Bakı saf hisslərə düşməndi,dostum...
Bu günlərdə dünəndə qalan kimiyəm,
Keçmiş mənimlə yatır-durur...
Məhv edilmiş xəzinələrlə dolu dolu şəhərəm,
Məndən qalan tarix var,dostum
Bu Bakı saf hisslərə düşməndi,dostum...
Cəmiyyət qaranlıq,işıq çox dərinlikdə,
Dərinlik ruhumuzda bəlkə də,
Biz kor,duyğular kar,
Məndən qalan lal sətirlər var,dostum
Bu Bakı saf hisslərə düşməndi,dostum...
Heç kəs dəyişmir,
Gedənlərgəlmir,
Gözləyənlər ölür
Məndən qalan heç nə yoxdu bəlkə də
Bu Bakı həqiqətə düşməndi bəlkə də..








BANDITKA от 27 mart 2016 21:18
Heç kəs dəyişmir,
superdi tesekkurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ