Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sen hec basqasinin ayriligina agladinmi

Sen hec basqasinin ayriligina agladinmi

Sen hec basqasinin ayriligina agladinmi


Sən heç başqasının ayrılığına ağladınmı?

Sən heç başqasının ayrılığına ağladınmı? Mən ağladım.
Çünki onun necə ağrı olduğunu bilirdim...
İnsanı necə həyata küsdürür, insanın ürəyini necə yandırdığını bilirəm.
Əslində bitən sevginin ardınca heç nəyə baxmayaraq həyat davam edir.
Çiçəklər həmişə açar, günəş, ay həmişəki kimi yenidən doğar...
Amma...Nefes almaq evvelkindən çox acı verər insana.
Hanı o çox sevdiyim insan, Hanı həmişə yanında olacağını söz verən?
Eslinde insanı acıdan onu terk edib getmek deyil, insanın gözlərinə baxaraq səni sevmirəm deməsidir.
Yaşamaq gözəldir, heç nəyə baxmayaraq ölüm insanın ağlına gəlmir.
Yaşamaq bir zövqdür ,kiminsə üçün darıxmaq isə zülmdür.
Əslində tərk edilmək çətin deyil. Tərk etmək çətindir.

Düşünürsən ki, o sevsəydi məni tərk etməzdi.
Amma sən onu hələ də sevirsən.
Söyləmədikcə və onu unutmadıqca o hiss daha da böyüyür içində.
Böyüdükcə dur deyə bilmirsən...
Bəzən yolda tək gəzmək necə də mənasız görünür. Gedəcəyin bir yer yox...
Ya da... Getmək istədiyin yerə gedə bilməmək necə də acıdır...
Əslində bəlkə gedim onun evinin önündən keçim, Bəlkə pəncərədən baxır... Bəlkə...
Bəlkələr o qədər çoxdur ki. Bəlkə sözü əslində içimizdəki ümüddür...
Bəlkə o peşmandır məndən ayrildiğina, bəlkə məni gözləyir, bəlkə yenidən bir yerdə olarıq,
bəlkə, bəlkə, bəlkə...


Ümüdmü bu, yoxsa özümü aldadmaqdırmı bu bilmək olmur.
Bəlkə ümüd bəlkə də, başqa bir şeydir...
Bir söz var bəzən deyərlər söz bitdi, çox səhv düşnürlər.
Sözlər söylənilir və heç vaxt bitməz.
Bir bıçaq kəsiminin yarası sağala bilər amma söz kəsdiyi yara heç vaxt sağalmaz.
İllər keçsədə necə canımı acıtdığını hiss edirıəm...
Bəzi insanların gözləri həmişə nəmlidir, ən xoş anında belə...
Kim bilir içlərində sızlayan hansı söz yarasıdır
təəsüf ki, bilmək olmur....
Əslində bilmədiyimiz nə çox şeylər varmış.








Suzana от 25 mart 2016 12:08
Allah hec kime ayriliq yasatmasin cox pis bir hisdi ((((
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ