Hollivud ulduzu küçədə lüt gəzdiyi üçün həbs edildi
O - Kişi filmindən və "Saç lakı" serialından tanınan Hollivud ulduzu Amanda Bayns ötən bazar günü Los-Ancelesdə tamamilə çılpaq gəzib.
Lunar.Az axşam.az-a istinadən xəbər verir ki,aktrisa həbs edilib və sonra psixiatrik xəstəxanaya yerləşdirilib. Hadisə şahidinin dediyinə görə, aktrisa hər kəsin ona baxdığını görərək, lüt olduğunun fərqinə varıb. O, yoldan keçən bir maşını saxlayaraq, psixoloji problemi olduğunu deyib. Sonra 911 nömrəsinə zəng edib.
Aktrisa çılpaq küçələrdə gəzərkən fiziki zərər görməyib. Həkimlərin nəzarəti altında Amanda 72 saat qalmalı olub. Adətən psixiatriya klinikasında həbs olunanların saxlanma müddəti bu qədərdir, lakin uzadıla bilər.
Qeyd edək ki, Amandanın psixi problemlərinin olması faktı hələ 2013-cü ildə ortaya çıxıb. Bir dəfə qonşuların evində avtomobili və öz itini yandırmağa çalışan aktrisa psixiatriya klinikasında müalicə alıb.