Aparıcı Vüsalə Əlizadə həbs edilən prodüser Təranə Səmədova barədə danışıb.
OLAY yazır ki, sənətçi təqdim etdiyi “7 canlı” verilişində bu xəbərdən təəssüfləndiyini bildirib:
“Dəfələrlə o qədər çalışdım ki, bir tanış kimi dəstək olum, məsləhət verdim. Allah anası İradə xalaya rəhmət etsin, çox gözəl insan idi. Təranənin yaşanan belə problemlərinə görə çox əziyyət çəkirdi.
Allah balalarını qorusun. Uşaqlar dövlət himayəsinə veriləcək deyirlər. Çox təəssüf, Təranə... Həyatını yenidən, sıfırdan qura bilərdin, hər şeyi gözəl edə bilərdin. Allah qorusun, heç kim həyatdan sığortalanmayıb, amma... Allah qapısını açsın”.