Amerikada yaşayan türkiyəli aktyor Tolqa Karel dördüncü dəfə ata olub.
Lunar.az xəbər verir ki, aktyor bu barədə instaqram hesabında məlumat verib.
Karel yeni doğulan oğlu və həyat yoldaşı Sara Skottun şəklini paylaşaraq "Rəbbim məndən atamı aldı, amma ona bənzəyən oğul göndərdi. Rahat yat atam. Ona baxdıqca hər an, hər yerdə səni yaşadacağıq" sözlərini yazıb.
Qeyd edək ki, Karel 2015-ci ildə azərbaycanlı model Günay Musayevadan boşanıb. Onların bu evlilikdən Cahangir adlı bir oğlu var. Tolqanın atası isə ötən ay 78 yaşında dünyasını dəyişib. Axşam.az