"Ana olandan sonra qadın dəyişir. Səbirsizsənsə, səbirli olursan. İnsan artıq özünə başqa prizmadan baxmaq istəyir. Uşaq olandan sonra artıq o sənə tərbiyə verir, sən ona yox. Hər şeyə fikir verirsən, evə tez gəlməyə çalışırsan, 180 dərəcə dəyişirsən, Şəhriyar da çox dəyişib. Əvvəl onu tapmaq mümkün deyildi, qadınlar diqqət mərkəzində olub. İndi tamam başqa bir insandır, atadır. Artıq bilir ki, mənim oğlum var, ailəm var".
Lunar.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "MTV maqazin" proqramında deyib. Sənətçi həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovun daha diqqətcil olduğunu bildirib:
"Uşağa daha çox diqqət yetirirəm, Şəhriyar isə elə deyil həm mənə, həm də uşağa qarşı diqqətcildir. O balansı qoruya bilir, ancaq mən bacarmıram. Ya eləyəm, ya da belə".
Oksana Rəsulova növbəti övlad arzusundan da danışıb:
"Səhhətimlə bağlı olaraq alınmayıb, amma çox istəyirəm ki, Osmanın ya bacısı, ya da qardaşı olsun".
Rəqqasə oğlunu dünyaya gələndən evə heç kimi buraxmadığını da vurğulayıb:
"Bir iki dəfə evimdə çəkiliş etmək istəyiblər, amma imtina etmişəm. Osman doğulandan sonra ümumiyyətlə evimə heç kimi buraxmıram. Pandemiya olduqdan sonra evə qohumlar belə gəlmir. Deyirəm ki, xahiş edirəm görüşmək istəyirsinizsə, restoranda oturaq. Dostlarım var ki, Osman olmadan öncə hər gün bizə gəlirdilər. İndi isə deyirəm, yox. Artıq evimdə sakitlikdir, gigiyena cəhətdən çox təmizdir. Osman bağçaya gedəndən sonra xəstələnir. Çalışıram ki, heç kim evə gəlməsin".