Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ledi Qaqa rusları axmaq adlandırdı

Ledi Qaqa rusları axmaq adlandırdı

Amerikalı müğənni-aktrisa Ledi Qaqa rusları təhqir edib.

Lunar.az xəbər verir ki, ifaçı Los-Ancelesdəki çıxışı zamanı pərəstişkarları ilə söhbət edib. O, Rusiyaya səfərini xatırlayaraq onları axmaq adlandırıb.

"İmkanları olanda məni Rusiyada həbs etməli idilər. Dedim ki, əllərimi qandallayın, mühafizəçi ilə gəldim. Onlar o zamanlar axmaq idilər, elə də qalıblar" deyə, bildirib.

Xatırladaq ki, Qaqanın 2012-ci ildə Rusiyada baş tutan konsertində səhnədə LGBT-ni təbliğ etdiyi üçün həbsi təklif olunur. Həmin konsertdən bir müddət əvvəl isə bununla bağlı təbliğatın aparılması qanunla qadağan edilib. Lakin müğənni həbs olunmayıb. Baxmayaraq ki, Qaqanın çıxışından sonra Dövlət Dumasının deputatı Vitali Milonovun təşəbbüsü ilə yoxlama başladılmışdı.

Bundan başqa, 2009-cu ildə ifaçı Qırmızı Meydanda yarıçılpaq gəzdiyi üçün də həbs olunmaqla qarşı-qarşıya qalmışdı.

Qeyd edək ki, Ukraynadakı hərbi əməliyyatlar fonunda müğənni ukraynalıları dəstəklədiyini bildirib.


Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ