Bir ay əvvəl həyat yoldaşından boşanaraq Mayamiyə yerləşən Petek Dinçözün adı Ebru Gündeşin keçmiş həyat yoldaşı, Cənubi Azərbaycandan olan iş adamı Reza Zərrabla hallanmağa başlayıb.
Lunar.az xəbər verir ki, "Söylemezsem olmaz" proqramında aparıcı Bircan Bali bu haqda danışıb. O bildirib ki, Reza orada Peteyə 700 min dollarlıq ev alıb. Keçici olaraq rəfiqəsinin evində qalan ifaçının qısa zamanda sözügedən evə köçəcəyi deyilir.
Qeyd edək ki, Petek Dinçöz 2014-cü ildə iş adamı Serkan Kodaloğlu ile nikah masasına oturub. Onların bir oğlu olub. Cütlük bir ay əvvəl rəsmi boşanıb.
Rezanın bundan əvvəl Hadisə ilə də eşq yaşadığı ortaya çıxmışdı.