"Qız huşunu itirmişdi, onu çıxartmağa çalışırdı" - Hüseyn həmin şəxsi paylaşdı
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun bu gün Bakıda ticarət mərkəzlərindən birində fanatları ilə planlaşdırdığı görüşdə yaşananlar ətrafında müzakirələr davam edir.
Lunar.az xəbər verir ki, görüşdə sadəcə 5 dəqiqə qalan bloger oranı tez tərk etməli olub. Onun getməsindən sonra bir şəxsin əlində kəmərlə ora toplaşanları vurduğu görüntüsü yayılıb.
Hüseyn məsələ ilə bağlı açıqlama yayıb, daha sonra həmin şəxslə görüşüb. O bildirib ki, əlində kəmər tutan kişi səhnəni quraşdıran şəxs olub:
"O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxartmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?".
Həmin şəxsin fotosunu yayımlayan bloger "O, çox yaxşı insandır" sözlərini əlavə edib.