Hüseyn fanatlarının döyüldüyü o görüntüyə münasibət bildirdi - Video
Xəbər verdiyimiz kimi, bloger Hüseyn Həsənov Bakıda alış-veriş mərkəzində fanatları ilə görüş keçirib.
Lunar.az xəbər verir ki, görüşdə cangüdənlərdən biri səhnəyə çıxmağa çalışan pərəstişkarları kəmərlə vurmağa çalışıb. Həmin görüntülər sosial şəbəkədə paylaşılıb və tənqid edilib.
Məsələ ilə bağlı Hüseyn açıqlama yayıb. O, həmin şəxsin fotosunu yayımlayaraq "Bu şəxs mənim cangüdənim deyil. Heç də xoş rəftar etməyib. Onun kim olduğunu araşdıracağam" deyə, bloger bildirib.
Qeyd edək ki, Azərbaycanda pandemiya şəraiti ilə əlaqadar qapalı məkanlarda maskadan istifadə tələbi var. Buna baxmayaraq, görüşdə buna əməl olunmayıb. Bundan başqa, qapalı məkanda insanların sıx toplanışı da sosial şəbəkələrdə müzakirələrə səbəb olub.